Bəzi yollarda görünüş məsafəsi 800 m-dək məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi 800 m-dək məhdudlaşacaq
  07 Fevral 2022    Oxunub:992
Fevralın 8-nə avtomobil yollarında vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a bildirilib ki, fevralın 8-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ucar-Zərdab-Ağcabədi, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xankəndi-Xocavənd, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq. Gecə və səhər yüksək dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

AzVision.az



Teqlər: yol  



Xəbər lenti