Maqsud Mahmudovun məhkəməsi başladı

   Maqsud Mahmudovun məhkəməsi başladı
  07 Fevral 2022    Oxunub:985
Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
AzVision.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 91 nəfər zərərçəkmiş var.

AzVision.az


Teqlər: MaqsudMahmudov  



Xəbər lenti