“Omikron” dəridə fəsadlar yaradır

   “Omikron” dəridə fəsadlar yaradır
  07 Fevral 2022    Oxunub:3624
Koronavirus xəstələri haqqında məlumatları öyrənmək üçün ZOE COVID tətbiqini yaradan britaniyalı həkimlər omikron ştamının insanı narahat edə biləcək bir neçə ağrılı dəri xəstəlikləri yaratdığını müəyyən ediblər.
AzVision.az xəbər verir ki, bu barədə “Daily Express” qəzeti məlumat yayıb. Xəstəliyin əlamətlərindən biri də “COVID barmaqları”dır. Ayaq barmaqları qırmızı, bənövşəyi, iltihablı, bəzən səpgilər, xəstələrin dodaqlarında isə çat və ya iltihab ola bilər. Digər bir təzahür, sinə və boyun nahiyəsində dərinin qurumasıdır.

Bundan başqa, insanlarda övrə xəstəliyinə bənzəyən səpgi də inkişaf edə bilər. O, adətən qollarda, ayaqlarda və dirsəklərdə kiçik sahələri əhatə edir. Buna tez-tez gənclərdə rast gəlinir.

AzVision.az


Teqlər: omikron  





Xəbər lenti