Sabah güclü külək əsəcək - Xəbərdarlıq

   Sabah güclü külək əsəcək -    Xəbərdarlıq
  07 Fevral 2022    Oxunub:1378
Bakıda və Abşeron yarımadasında fevralın 8-i günün ikinci yarısından 10-dək cənub-qərb küləyinin arabir 15-20 m/s, 9-da axşam arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a bildirilib ki, Azərbaycanın rayonlarında fevralın 8-i gündüzdən 10-u səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s, 9-da axşam ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

AzVision.az


Teqlər: Külək  



Xəbər lenti