Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan MR ərazisinə tranzit giriş edən, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, Türkiyə vətəndaşının idarə etdiyi 76AAH493/76AAK425 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 2 ədəd duş kabin üçün plastik vanna altlığında gizlədilmiş ümumi çəkisi 4 kiloqram 230 qram olan narkotik vasitə - heroin aşkar olunub. Oxşar gizlətmə üsulundan istifadə edilməklə törədilmiş hər iki qaçaqmalçılıq əməli üzrə aşkarlanmış narkotik vasitənin ümumi xalis çəkisi 106 kiloqram 970 qram təşkil edib.
Qeyd olunan faktlarla bağlı Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


