“Qarabağ” səfərdə “Neftçi”ni məğlub edib
Oyunun 25-ci dəqiqəsində hesab açılıb. Kadi Borges uzaq məsafədən qapını dəqiq nişan alıb. Fasilədən sonra da təzyiqini davam etdirən “köhlən atlar” matçın 62-ci dəqiqəsində fərqi artırıb. Borges özünün və komandasının ikinci qoluna imza atıb. Matçın sonlarına doğru fəallığını artıran “Neftçi” 82-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. “Ağ-qaralar”ın heyətində Mert Çelik adını tabloya yazdırıb. Paytaxt klubunun son dəqiqələrdəki çoxsaylı hücumlarına baxmayaraq, hesab dəyişməyib.
Bu qələbədən sonra xallarını 35-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.
Qeyd edək ki, günün ilk oyununda “Zirə” səfərdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 8-də keçiriləcək “Sabah”- “Qəbələ” və “Səbail”-“Sumqayıt” görüşləri ilə yekun vurulacaq.
AzVision.az
Teqlər: Neftçi







Vaxtında, Aydın, Lazımlı!


