ABŞ Çindəki 33 şirkəti “qara siyahı”ya salıb

ABŞ Çindəki 33 şirkəti “qara siyahı”ya salıb
  07 Fevral 2022    Oxunub:1166
ABŞ Maliyyə Nazirliyi Çində fəaliyyət göstərən 33 şirkəti sanksiya siyahısına daxil edib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Bildirilib ki, bu şirkətlərin ABŞ-dan gətirilən mallardan necə istifadə edəcəyini müəyyən etmək mümkün olmadığı üçün belə bir addım atılıb.

Qeyd edək ki, ABŞ-nın sanksiyalar siyahısına daxil edilən şəxslər və təşkilatların ölkədəki aktivləri dondurulur və Amerika vətəndaşının siyahidəkilər ilə ticarətləri qadağan edilir.

AzVision.az


Teqlər: ABŞ  



Xəbər lenti