Uşaq dünyaya gətirən 16 yaşlı qız 10 ay əvvəl ərə verilibmiş - RƏSMİ
Xəzər Rayon Prokurorluğundan AzVision.az - a daxil olan məlumatda deyilir:
"Fevralın 4-də saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın (ad və soyad şərtidir) və dölün meyitlərə baxış keçirilib, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


