“Gənclər və Media savadlılığı” təlim kursu yekunlaşıb

“Gənclər və Media savadlılığı” təlim kursu yekunlaşıb
  08 Fevral 2022    Oxunub:1458
“Sağlam Düşüncə" Gənclər Təşkilatının yanvarın 29-da Bakıda start verdiyi “Gənclər və Media savadlılığı” adlı altı günlük təlim kursu uğurla başa çatıb.
Təşkilatdan AzVision.az -a verilən məlumata görə, əsas məqsədi gənclərin öz media savadlılığı və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməsinə imkan yaratmaq olan təlim kursu interaktiv formatda media ekspertləri, gənclərlə qarşılıqlı çalışan mütəxəssislər və bir qrup gənc tərəfindən idarə olunub.

Media savadlılığı və jurnalistika ilə maraqlanan gənclərin iştirak etdiyi təlim kursunun ilk günündə iştirakçılara təlim kursunun məqsəd və vəzifələri haqqında məlumat verilib və onlar video, foto, müsahibə və sosial media qruplarına bölünüb.

Təlimin digər günlərində iştirakçılar Azərbaycanda və Avropada media savadlılığı, Saxta xəbərlər və dezinformasiya, Media müxtəlifliyi və Mediada qərəzliyi haqqında ətraflı məlumatla tanış olub. Bundan başqa, onlar əldə etdikləri nəzəri bilikləri interaktiv formada keçirilən fəaliyyətlərdə tətbiq edərək, saxta və yalan xəbərləri, eləcə də qərəz formalarını aşkar etməyin və onlara qarşı necə mübarizə aparmağın yollarını öyrənib.



Təlim kursunun son günündə iştirakçılar öz icmalarında keçirmək istədikləri fəaliyyətlər barədə təqdimat etmiş və təlim kursu boyunca lentə aldığı foto və videonu, aldıqları müsahibələri və sosial mediada gördükləri fəaliyyətləri nümayiş etdirib.

Qeyd edək ki, “Gənclər və Media savadlılığı” layihəsi Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilib. Layihə 2021-ci ildə fondun elan etdiyi “Pilot” fəaliyyət üzrə qrant müsabiqəsinin qalibi seçilib. Layihənin əsas məqsədi gənclərin öz media savadlılığı və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməsinə imkan yaratmaq olub. Bununla yanaşı, layihə cəmiyyətimizdə vətəndaş fəallığını və bərabərliyi təbliğ etməyə, eləcə də, gənclərə ayrı-seçkiliyə yol verməməyin vacibliyini təşviq etməyə yönəlib.




AzVision.az



Teqlər:





Xəbər lenti