Metroda insident: Qadın stansiya yoluna düşüb

      Metroda insident:    Qadın stansiya yoluna düşüb
  08 Fevral 2022    Oxunub:1876
Bu gün saat 21:54-də "Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda "Azadlıq prospekti" stansiyasında qadın stansiya yoluna düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bildirilib ki, hadisə qatar stansiyaya daxil olanda baş verib. Onun orta yaşlı qadın olduğu deyilir.

Təlimata uyğun, dərhal gərginlik çıxarılıb. Təcili Tibbi Yardım çağırılıb. Qadın stansiya yolundan çıxarılıb.

10 dəqiqə sonra gərginlik verilib, qatar yola salınıb. Qadın sağdır və faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti