Fanatları Hüseyn Dərya üçün pul vermədilər
![Fanatları Hüseyn Dərya üçün pul vermədilər Fanatları Hüseyn Dərya üçün pul vermədilər](https://azvision.az/photos/huseyn derya 080414.jpg)
Hüseynin ölümündən artıq uzun müddət keçsə də, həmin hesabda cəmi 50 manat pulun yığıldığı məlum olub. Yarımçıq qalmış mahnıların bir araya toplanması, eləcə də Hüseyn Dəryanın 40-na yığılacaq pulun bu qədər az olması onun dostlarını məyus edib.
Bu barədə məlumat verən təşkilatçı Samir Xəttab bildirib ki, bundan sonra əgər gözlənilən məbləğ yığılmazsa, hesabın ləğv olunacağı gözlənilir:
“Fanatlar əşyaların satılmasına mane oldular, dedilər ki, özümüz pul yığacağıq. O qədər insan cəmi 50 manat pul yığıb. Məbləğ planlaşdırdığımız işlərin öhdəsindən gəlməyə kömək etmir. Əgər pul yığılmazsa, hesab bağlanacaq.”