Moldova minatəmizləmə əməliyyatında Azərbaycana dəstək verəcək

   Moldova minatəmizləmə əməliyyatında Azərbaycana dəstək verəcək
  09 Fevral 2022    Oxunub:1105
Moldova azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar Azərbaycana dəstək vermək niyyətin ifadə edib.
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri ilə bağlı ən böyük təhlükə minalardır. “Bu barədə hörmətli həmkarıma məlumat verdim və cənab nazir bu istiqamətdə Azərbaycana dəstək göstərmək istəyini ifadə etdi”.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Moldova   Mina  



Xəbər lenti