Ermənistan İkinci Qarabağ müharibəsindəki itkilərinin sayını açıqladı

   Ermənistan İkinci Qarabağ müharibəsindəki itkilərinin sayını açıqladı
  10 Fevral 2022    Oxunub:1132
Ermənistan ikinci Qarabağ müharibəsi zamanı 3 812 nəfər itki verib, daha 217 nəfər itkin düşmüş hesab olunur.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Ölkə parlamentində deputatların suallarını cavablandıran Baş nazir müxalifəti müharibədə həlak olanların sayını şişirtməməyə çağırıb. Nikol Paşinyan qeyd edib ki, əgər müxalifətin sübutu varsa, sübut təqdim etsin.

Xatırladaq ki, daha əvvəl Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşən hərbçilərinin sayı ilə bağlı yenilənmiş məlumatlarında işğalçı ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfər kimi qeyd olunub.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti