"Azərbaycanla ticarət dövriyyəsini 1 milyarda çatdıracağıq"

 "Azərbaycanla ticarət dövriyyəsini 1 milyarda çatdıracağıq"
  10 Fevral 2022    Oxunub:2603
"Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 400 milyon dollardan çox təşkil edir. Amma bu, rəsmi rəqəmdir. Ötən il iki ölkənin ticarət əlaqələri 30 faiz artıb".
AzVision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi diplomatik münasibətlərin 30-cu ildönümü və İran İslam inqilabının qələbəsinin 43 illiyi münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, yaxın günlərdə Bakıda iqtisadi əməkdaşlıq komissiyasının iclası olacaq:

"Gələcəkdə biz ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırırıq".

Pərvanə Sultanova

AzVision.az


Teqlər:



Xəbər lenti