Xudafərin və Qız Qalası hidroqovşaqlarının tikintisi başa çatıb

  Xudafərin və Qız Qalası hidroqovşaqlarının tikintisi başa çatıb
  10 Fevral 2022    Oxunub:1112
"Xudafərin və Qız Qalası hidroqovşaqlarının tikintisi başa çatıb və hazırda turbinlərin quraşdırılmasına başlanılıb".
AzVision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi diplomatik münasibətlərin 30-cu ildönümü və İran İslam inqilabının qələbəsinin 43 illiyi münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bir çox yerlərdə sərhəd çayları ilə əlaqədar konflikt var.

"Lakin İran və Azərbaycanın sərhəd çaylarından birgə istifadə etmələri dünyaya nümunədir. Bununla əlaqədar ötən il Araz çayından birgə istifadənin 50 illiyi qeyd edildi".

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti