"Uşaqların satdığı salfetin içində narkotik var" deyən şəxs saxlanıldı

      "Uşaqların satdığı salfetin içində narkotik var"    deyən şəxs saxlanıldı
  10 Fevral 2022    Oxunub:5070
Sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.
Bu barədə AzVision.az - a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.



AzVision.az


Teqlər:



Xəbər lenti