İran səfiri Ukrayna və Rusiya gərginliyindən danışdı

   İran səfiri Ukrayna və Rusiya gərginliyindən danışdı
  10 Fevral 2022    Oxunub:1131
"Əgər iki ölkə arasında fikir ayrılığı, gərginlik varsa, əsas odur ki, bu, regiondan kənar qüvvələrin müdaxiləsi olmadan həllini tapsın. Digərləri qarışmasa, aradan qaldıra biləcəklər".
AzVision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi diplomatik münasibətlərin 30-cu ildönümü və İran İslam inqilabının qələbəsinin 43 illiyi münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, regiondan kənar bəzi ölkələr özlərinin uzunmüddətli planları üçün region ölkələrindən istifadə etmək istəyirlər.

"Region ölkələri ayıq olmalı, onlara bu fürsəti verməməlidir. İran prezidenti Rusiyada səfərdə olub və bu, yeni hökumətin elan etdiyi qonşuluq siyasəti çərçivəsində baş tutub".

Pərvanə Sultanova
AzVision.az


Teqlər:



Xəbər lenti