Nazir karantinin 7 günə endirilməsindən danışdı

   Nazir karantinin 7 günə endirilməsindən danışdı
  10 Fevral 2022    Oxunub:1321
Səhiyyə naziri Teymur Musayev Azərbaycanda koronavirusa yoluxan şəxslərin karantin müddətinin 7 günə endirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, o, bu barədə Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında danışıb.

““Omicron” ştamına yoluxan şəxsin simptomları 2 günə üzə çıxır, 5 gündən sonra isə o ətrafı yoluxdurmur. Ona görə bu müddət 7 günə endirilib. Burada hər şey məntiqlidir”.

AzVision.az


Teqlər:



Xəbər lenti