3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb

3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb
  10 Fevral 2022    Oxunub:1255
Şabran rayonunda 3 nəfərin ölümü ilə nətiələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.
Bu barədə AzVision.az -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, ötən gün saat 12:45 radələrində Gəndob-Yalama avtomobil yolunun rayonun Ağalıq kəndi ərazisindən keçən 6-cı km-də sürücü 2000-ci il təvəllüdlü Azizov Abduljalil Elbrusoviç “Volvo FH12” markalı H454XO05 qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə Yalama istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun əks hərəkət zolağına çıxıb.

Bu zaman qarşıdan Gəndob istiqamətində hərəkətdə olan 1960-cı il təvəllüdlü Əfəndiyev Zəbişah Əbdülhəqq oğlunun idarə etdiyi “VAZ-21061” markalı 17-BD-506 dövlət qeydiyyat nişanlı, sonra 1985-ci il təvəllüdlü Paşayev Cəbrayıl Elşad oğlunun idarə etdiyi “Opel Vectra” markalı 27-BK-291 dövlət qeydiyyat nişanlı və 1987-ci il təvəllüdlü Nuriyev Tural Əjdər oğlunun idarə etdiyi “VAZ-211440” markalı H954OH05 qeydiyyat nişanlı avtomobillərlə toqquşub və “Volvo FH12” markalı yük avtomobili Yalama istiqamətində yolun sol kənarına çıxaraq aşıb.

Qəza nəticəsində “VAZ-211440” markalı nəqliyyat vasitəsində olan sərnişinlər - 1960-cı il təvəllüdlü Babayev Əli Hacıbaba oğlu və onun həyat yoldaşı 1960-cı il təvəllüdlü Babayeva Səlminaz Xudat qızı, eləcə də “VAZ-21061” markalı nəqliyyat vasitəsində olan sərnişin, 2014-cü il təvəllüdlü Quliyeva Həqiqət Kamil qızı ölüb, qeyd olunan hər iki nəqliyyat vasitəsinin sürücüsü isə xəsarət alıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az



Teqlər: Şabran  





Xəbər lenti