Rafael Ağayevə yeni vəzifə və mayor rütbəsi verildi

   Rafael Ağayevə yeni vəzifə və mayor rütbəsi verildi
  10 Fevral 2022    Oxunub:3923
Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə yeni rütbə və vəzifə verilib.

AzVision.az xəbər verir ki, bu barədə idmançının İnstaqram hesabında paylaşım edilib.
R.Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib və ona mayor rütbəsi verilib.

Qeyd edək ki, o, bu günə qədər “Azerterminalkompleks” Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsində çalışırdı.

AzVision.az


Teqlər:



Xəbər lenti