DGK ötən ay büdcəyə 403,95 milyon manat köçürüb

DGK ötən ay büdcəyə 403,95 milyon manat köçürüb
  10 Fevral 2022    Oxunub:1669
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyinə 126,2 % əməl edib.
AzVision.az xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, büdcəyə 403,95 milyon manat vəsait köçürülüb. Bu da proqnozdan 83,95 milyon manat çoxdur.

AzVision.az


Teqlər: SəfərMehdiyev  



Xəbər lenti