Baydendən xəbərdarlıq: “Amerikalılar Ukraynanı dərhal tərk etməlidirlər”

  Baydendən xəbərdarlıq:  “Amerikalılar Ukraynanı dərhal tərk etməlidirlər”
  11 Fevral 2022    Oxunub:3023
“ABŞ vətəndaşlarının təxliyəsi üçün Ukraynaya Amerika qoşunları göndərilməyəcək”.
AzVision.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib. Bayden həmçinin, Ukraynadakı amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb: “Amerika vətəndaşları indi getməlidir”.

O, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ətrafında vəziyyətin kəskin şəkildə gərginləşəcəyi təqdirdə amerikalılara zərər verəcək hərəkətlərdən qaçmaq üçün kifayət qədər ağıllı olduğuna əmin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti də bəyanat yayaraq bildirib ki, Amerika vətəndaşları mövcud olan bütün nəqliyyat vasitələri ilə Ukraynanı tərk etməlidirlər.

AzVision.az


Teqlər: Bayden   Ukrayna  



Xəbər lenti