Vətən Müharibəsindən bəhs edən film çəkiləcək

   Vətən Müharibəsindən bəhs edən film çəkiləcək
  10 Fevral 2022    Oxunub:2099
Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyə qardaşlığına həsr olunan filmlə bağlı mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, mətbuat konfransında rejissor Selahattin Sancaklı, aktyor Ertuğrul Şakar, prodüser Yalçın Çoban və “Eslem Film”in rəhbəri Metin Yücel iştirakı edib.

Filmin rejissoru Səlahəddin Sancaklı bildirib ki, film və serial Şuşada lentə alınacaq:

“Azərbaycana səfərimizdə məqsəd 30 illik haqlı davamızı, zəfərimizi lentə almaqdır. Şuşada olmamışam amma, filmin Şuşada çəkilməsi nəzərdə tutulur. Filmdə Azərbaycandan və Türkiyədən olan aktyor və aktrisalar iştirak edəcək”.

Aktyor Ertuğrul Şakarın sözlərinə görə, çəkiləcək film həm Azərbaycan, həm də Türkiyə üçün gözəl layihə olacaq:

“Bu, həmdə mənim Azərbaycana ilk gəlişimdir, buranı çox bəyəndim. Qismət olsa gedib Şuşanı da görməyi çox istəyirəm”.

Qeyd edək ki, filmin çəkilişlərinə iyul ayında başlanılması nəzərdə tutulur.

AzVision.az


Teqlər: Kino  





Xəbər lenti