Bakıda avtomobildən 90 saat oğurlanıb

Bakıda avtomobildən 90 saat oğurlanıb
  11 Fevral 2022    Oxunub:1840
Bakıda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinə fevralın 3-nə keçən gecə B.Nuriyev küçəsində “Mercedes” markalı bir avtomobildən 1800 manat dəyərində 90 ədəd qol saatının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əıməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş V.Sultanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Şəxsi axtartış zamanı ondan da metamfetamin götürülüb.

AzVision.az



Teqlər: Avtomobil  





Xəbər lenti