"Sülhməramlıların yerləşdiyi ərazidəki evin atəşə tutulması yalandır" - Müdafiə Nazirliyi

 "Sülhməramlıların yerləşdiyi ərazidəki evin atəşə tutulması yalandır" -    Müdafiə Nazirliyi
  11 Fevral 2022    Oxunub:1673
"Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır".
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məlumatlar təxribat xarakteri daşıyır.

AzVision.az



Teqlər: MN   Sülhməramlı  



Xəbər lenti