Nazirlikdən maliyyə yoxlamaları ilə bağlı açıqlama

Nazirlikdən maliyyə yoxlamaları ilə bağlı açıqlama
  11 Fevral 2022    Oxunub:1242
Mədəniyyət Nazirliyi qurumda aparılmış maliyyə yoxlamalarına aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, nazirlik yoxlamaların nəticələri ilə əlaqədar açıqlama yayıb.

- Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində 2021-ci ildə aparılmış yoxlama 01 yanvar 2006-ci il tarixindən 08 may 2020-ci il tarixədək olan dövrü əhatə edir. Məlum olduğu kimi, Dövlət Təhlükəzilik Xidməti tərəfindən 2020-ci ilin 8 may tarixində Mədəniyyət Nazirliyində və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətində əməliyyat-istintaq tədbirləri həyata keçirilmiş, Nazirliyin və Xidmətin bəzi vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında şübhəli şəxs qismində saxlanılıb.

Aparılmış istintaq tədbirləri nəticəsində Mədəniyyət Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlərinə əsasən həmin vəzifəli şəxslər azadlıqdan məhrum edilib və onların üzərində həbs qoyulmuş əmlakları dövlət hesabına müsadirə olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti