Azərbaycanın su ehtiyatları 10 faiz azalıb

 Azərbaycanın su ehtiyatları 10 faiz azalıb
  11 Fevral 2022    Oxunub:2028
"İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımızın 10 faiz azalması müşahidə edilir".
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisiUmayra Tağıyeva “İqlim dəyişmələri, su və gender” mövzusunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkəmizdə gələcəkdə də su ehtiyatlarının azalması proqnozlaşdırılır:

“Araşdırmalar göstərir ki, iqlim dəyişmələrinə qarşı ən həssas sektor məhz su sektorudur. Gələcəkdə baş verə biləcək ciddi su qıtlığı problemlərini azaltmaq üçün sudan səmərəli istifadəyə dair qərarların qəbul olunmasında qadınların daha fəal iştirakının təmin olunmasını dəstəkləyirik. Hazırda Azərbaycanda su ehtiyatlarının qiymətləndirilməsi və dəqiq uçotunun aparılması məqsədilə hidroloji şəbəkə avtomatlaşdırılır. Son iki il ərzində dövlət investisiyası çərçivəsində respublikamızın əsas çaylarında 25 ən müasir hidroloji avtomat stansiya quraşdırılıb".

AzVision.az



Teqlər: Su  



Xəbər lenti