Ərdoğan Şuşa Bəyannaməsini təsdiq edib

   Ərdoğan Şuşa Bəyannaməsini təsdiq edib
  11 Fevral 2022    Oxunub:3452
Prezident Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin "Resmi Gazete"də dərc edilərək qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb. AzVision.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Türkiyə lideri sənədi Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndə heyətini qəbul edərkən təsdiqləyib.

Qeyd edək ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti