12 mindən çox şəxsə amnistiya tətbiq edilib
AzVision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, ölkə Prezidentinin təşəbbüsü ilə Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktının icrası davam etdirilib, ədliyyə orqanları və məhkəmələr tərəfindən bu günədək artıq 12.300-dən çox şəxsə tətbiq edilib.
Məhkəmələrin icraatında olan cinayət işləri üzrə isə 800 nəfərə yaxın şəxsə amnistiya tətbiq edilərək onlardan yarıdan çoxu cəzadan azad edilib və ya cəza müddətləri azaldılıb, 150-dək şəxs barəsində isə cinayət təqibinə xitam verilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


