Ötən il 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
Bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, səmərəli inzibati nəzarətin və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılaraq 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 3 000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9 100 hektar torpaq sahəsi geri qaytarılıb.
Pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


