Ötən il 3 300-dən çox adam inzibati qaydada həbs olunub

   Ötən il 3 300-dən çox adam inzibati qaydada həbs olunub
  11 Fevral 2022    Oxunub:1085
2021-ci ildə qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5 700-dək şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 3 300-dən çox nəfər inzibati qaydada həbs olunub.
AzVision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Görülmüş məcburi icra tədbirləri nəticəsində aliment, pul tələbi və digər ödəmələr üzrə məhkəmə qərarlarını icra etmiş 2 600-dən artıq borclunun üzərindən ölkəni tərk etmək məhdudiyyəti götürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti