ABŞ Ukraynaya silah tədarükünü artırır

   ABŞ Ukraynaya silah tədarükünü artırır
  11 Fevral 2022    Oxunub:1634
ABŞ-ın Kiyevdəki səfirliyi bildirib ki, ABŞ artıq Ukraynaya 15 reys hərbi yardım göndərib və çatdırılma davam edəcək.
"Gələcəkdə on beş və daha çox reys baş tutacaq. Təxminən 90 ton döyüş sursatı, “Javelin” tank əleyhinə raket kompleksləri və Ukrayna Silahlı Qüvvələri üçün müdafiə yardımı prezident Co Bayden tərəfindən təsdiqlənib", - səfirlik cümə günü Facebook-da qeyd edib.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirmişdi ki, “Hazırda ABŞ-ın hərbi yardımının ümumi çəkisi 1300 tonu keçib”.

Hərbi təchizat ABŞ administrasiyasının təsdiqlədiyi 200 milyon dollarlıq yardımın bir hissəsi olaraq Ukraynaya verilir.

AzVision.az


Teqlər:



Xəbər lenti