Şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açıldı

Şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açıldı
  12 Fevral 2022    Oxunub:1423
Gəncədə şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb.
Bu barədə AzVision.az -a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən, 1992-ci il təvəllüdlü Röyal Əliyevin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulan küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam edir.

AzVision.az


Teqlər: Şirkət  





Xəbər lenti