Bakıda təcili yardım maşını aşıb, xəsarət alan var

   Bakıda təcili yardım maşını aşıb,    xəsarət alan var
  12 Fevral 2022    Oxunub:1311
Bakı şəhəri, Səbail rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisə olub. Hadisə zamanı təcili tibbi yardım avtomobili aşıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli AzVision.az -a açıqlamasında bildirilib ki, hadisə nəticəsində təcili tibbi yardım avtomobilinin sürücüsü başından yüngül xəsarət alıb, ölən yoxdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  



Xəbər lenti