Kür çayı daha 7 santimetr azalıb
AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 132 kubmetr/saniyə qeydə alınır ki, bu da ongünlük normanın 77 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 3 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 24,5 kubmetr qeydə alınır ki, bu da ongünlük normanın 35 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 8 faiz azdır.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 285 santimetr, su sərfi isə 61 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 109, Kür-Bankədə 7 santimetr azalaraq 112, Araz-Novruzluda isə 2 santimetr artaraq 59 santimetr olub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


