Bakıda yaşayış binasında yanğın olub, zərərçəkən var

Bakıda yaşayış binasında yanğın olub, zərərçəkən var
  12 Fevral 2022    Oxunub:1637
Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.
AzVision.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Binanın 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları 2 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: Bakı   Yanğın  



Xəbər lenti