Çin Olimpiadada 6G tətbiq edir

// Ekspertlər “Son 100 ildə belə şey görünməyib” deyirlər

   Çin Olimpiadada 6G tətbiq edir
  12 Fevral 2022    Oxunub:3125
Çin mütəxəssisləri 6G ilə bağlı texnologiyaların üzərində işləyərkən məlumatların ötürülməsində misilsiz sürətə nail olublar. Onlar iddia edirlər ki, ilkin işçi variantlar artıq Pekin Olimpiadasının yayımlanmasında tətbiq olunur.
“Ceyms Uebb” ilk təsviri göndərdi – FOTO
“China Unicom”un mütəxəssisləri bildiriblər ki, olimpiadanın yayımında tətbiq olunan 6G texnologiyası eyni anda HD formatlı 10 min video axınını (strimi) birbaşa canlı efirə ötürə bilir.

- 6G dalğaları son 100 ildə tətbiq olunan radioəlaqə vasitələrinə bənzəmir. Bu, məlumatların simsiz ötürülməsində tamamilə yeni mərhələdir,- Şanxay Universitetinin mütəxəssislərinin “South China Morning Post” qəzetində dərc olunan məqaləsində bildirilir.

Samir Quliyev
AzVision.az


Teqlər:   Çin   6G  





Xəbər lenti