Bakıda polisləri bıçaqlayan şəxs saxlanıldı

Bakıda polisləri bıçaqlayan şəxs saxlanıldı
  13 Fevral 2022    Oxunub:1823
Bakıda polisləri bıçaqlayaraq xəsarət yetirən Aydın Babayevin Səbail rayonu ərazisində gizləndiyi məlum olub.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, əraziyə polis əməkdaşları cəlb edilib. Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib. Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, Aydın Babayev tanışı Məlahət Şükürovaya qol və qarın nahiyələrindən bıçaq xəsarətləri yetirib.

Daha sonra hadisə ilə bağlı həmin ünvana gedən Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

AzVision.az


Teqlər:



Xəbər lenti