Güclü külək məktəbin damını uçurdu - FOTO

   Güclü külək məktəbin damını uçurdu -    FOTO
  13 Fevral 2022    Oxunub:1912
Fevralın 13-də günorta saatlarında güclü külək nəticəsində Səbail rayonu 162 nömrəli tam orta məktəbin dam örtüyünün kənarlarında olan üzlük daşların bir hissəsi qoparaq düşüb.
AzVision.az xəbər verir ki, məktəbdən bildirilib ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün müvafiq addımlar atılıb, aidiyyəti üzrə məlumat verilib.

Hazırda bərpa işləri görülməkdədir.

AzVision.az


Teqlər: Külək   məktəb  



Xəbər lenti