Əl qumbarası ilə polisləri partlatmaq istədi - Rəsmi
Hadisə yerinə prokurorluq əməkdaşları tərəfindən baxış keçirilərkən A.Babayevin meyitinin yanından sonuncuya məxsus “LLama cal 32” markalı tapança və “F-1” markalı fitili ilə birlikdə qumbara, əynində olmuş şortikin sağ yan cibindən narkotikə bənzər bir bükümdə maddə, evin içərisində 1 ədəd, evin həyətindən 3 ədəd giliz aşkar edilərək Cinayət Prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
Həmçinin, araşdırmalarla müəyyən edilmişdir ki, Səbail rayon polis idarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Aydın Babayevə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunmuşdur.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdır.
Hazırda istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


