ABŞ səfirliyi Kiyevdən köçürüldü

  ABŞ səfirliyi  Kiyevdən köçürüldü
  13 Fevral 2022    Oxunub:2404
ABŞ-ın Ukraynadakı səfirliyi Kiyevdən Lvova köçürülüb. AzVision.az xəbər verir ki, köçürülmə qərarının təhlükəsizlik məqsədilə təcili qəbul edildiyi bildirilib. Proses hazırda davam edir.
Qeyd edilib ki, bu, müvəqqəti həll yoludur, təhlükəsizlik vəziyyəti imkan verən kimi səfirliyin komandası Kiyevə qayıdacaq. Ona qədər isə səfirliyin əsas komandası, şöbə müdirləri və s. Lvovda işləyəcəklər.

Kanadanın da səfirliyini Kiyevdən Lvova köçürdüyü məlumdur. Bundan əlavə, bir sıra Aİ ölkələri Rusiyanın hücum təhlükəsinin artması ilə bağlı xəbərlərin fonunda vətəndaşlarını gecikmədən Ukraynanı tərk etməyə çağırıblar. Polşanın Ukraynadan gələn qaçqın dalğasını qəbul etməyə hazırlaşdığı bildirilir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti