O, fevralın 12-də axşam Kaliforniyadakı evində keçinib.
Qeyd edək ki, İvan Reytman 1946-cı ildə Çexoslovakiyada anadan olub. 1950-ci ildə ailəsi Kanadaya köçüb. Onun kino karyerası 1960-cı illərin sonlarında başlayıb. Ən çox 1980-ci və 1990-cı illərdə çəkdiyi filmlərlə tanınır. Reytman bir çox məşhur filmlərin rejissoru və prodüseri kimi çıxış edib. O, "Ruh ovçuları", "Bethoven", "Junior", "Space Jam", "Eurotour", "Evolution" və s. filmlərin yaradıcısı olub.
![](https://azvision.az/photos/2022/02/hkhjk-1644819473.jpg)
Tural Tağıyev
AzVision.az