Xudayar, Sübhan, Polad, Arəstə - Neçə uşaq qəhrəmanlarımızın adını daşıyır?
Cəbi ləqəbi ilə tanınan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi Sübhan Cəbrayılovun adı 2021-ci ildə 187, 2022-ci ilin 2 ayında isə 12 körpə ilə yaşadılır.
Tovuz döyüşlərində şəhid olan Azərbaycan generalı Polad Həşimovun adı 2022-ci ilin 2 ayında 21 körpəyə verilib. 2020-ci ildə bu ad 193, 2021-ci ildə isə 306 oğlan uşağına verilib.
Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın adı ötən il 4, bu ilin iki atında isə 1 qız uşağına verilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Ad







Vaxtında, Aydın, Lazımlı!


