Azərbaycanda iki vaksinin tədqiqatları aparılıb

  Azərbaycanda iki vaksinin tədqiqatları aparılıb
  14 Fevral 2022    Oxunub:1079
Rusiyada və Azərbaycanda aparılmış tədqiqatlar “AstraZeneca” və “Sputnik Layt” vaksinlərinin kombinasiyasının təhlükəsiz olduğunu göstərib.
AzVision.az xəbər verir ki, bu fikir Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) məlumatında öz əksini tapıb. Məlumatda deyilir ki, Rusiyada 100 könüllünün və Azərbaycanda daha 100 könüllünün iştirakı ilə aparılmış tədqiqatların gedişində bu preparatların kombinasıyasını optimal təhlükəsizliyi təsdiqlənib. Bu, daha əvvəl aparılmış klinik araşdırmaların nəticələrinə müvafiqdir

“RBİF, habelə “AstraZeneca” və “Sputnik Layt” şirkətləri “AstraZeneca” şirkətinin istehsal etdiyi vaksinin və “Sputnik Layt” preparatının kombinə edilmiş şəkildə tətbiqinin təhlükəsizliyini qiymətləndirmək üçün aparılmış klinik tədqiqatların ikinci fazasının aralıq nəticələrini elan edirlər”.

AzVision.az



Teqlər: Vaksin  



Xəbər lenti