Ramiz Mehdiyev istefa verdi - YENİLƏNİB

      Ramiz Mehdiyev istefa verdi - YENİLƏNİB
  14 Fevral 2022    Oxunub:4671
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.
AzVision.azxəbər verir ki, bu barədə APA-ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

M.Mərdanov deyib ki, R.Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.

***
AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev bildirib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib.

O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:

“Ramiz Mehdiyev bildirib ki, sabah cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

AzVision.az


Teqlər:



Xəbər lenti