AMEA-ya kim rəhbərlik edəcək?

   AMEA-ya kim rəhbərlik edəcək?
  15 Fevral 2022    Oxunub:2001
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. Yeni sədr seçilənə qədər bəs AMEA-ya kim rəhbərlik edəcək?

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli AzVision.az -a açıqlamasında bildirib ki, yeni sədr seçkiləri keçirilənə qədər I vitse-prezident akademiyaya rəhbərlik edəcək:
"Dünən Rəyasət Heyətinin iclası keçirildi və Ramiz Mehdiyev öz ərizəsi ilə tutduğu vəzifədən getməsi qərarını bildirdi. Rəyasət Heyəti ərizəni məqbul hesab etdi.

Akademiyanın Nizamnaməsi və tələblərinə uyğun olaraq yeni sədr seçkiləri keçirilənə qədər AMEA-ya I vitse-prezident, yəni Arif Həşimov rəhbərlik edəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA  



Xəbər lenti