Narkotacirlər 5 kq heroinlə tutuldu

Narkotacirlər 5 kq heroinlə tutuldu
  15 Fevral 2022    Oxunub:1237
Füzuli rayon sakinləri 5 kiloqramdan artıq narkotiklə tutulub .
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Füzuli rayon sakinləri Seymur Vahidov və əvvəllər məhkum edilmiş Nicat Hüseynov saxlanılıblar.

Araşdırma zamanı onlara məxsus 5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Vahidov və N.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti