Bakıda şagirdlər arasında kütləvi dava - VİDEO
AzVision.az xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən 116 saylı məktəbin yaxınlığında baş verib. Davada iştirak edən yeniyetmələrin də həmin məktəbin şagirdləri olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Məktəbdən AzVision.az-a bildirilib ki, 14 fevral tarixində məktəbin iki nəfər X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) arasında dərsdən sonra mübahisə və münaqişə yaranıb: "Münaqişə zamanı heç bir şagird xəsarət almayıb və hər iki şagird bu gün dərsdə iştirak ediblər. Məsələ ilə bağlı münaqişədə iştirak edən şagirdlərdən izahat alınıb və onların valideynləri məktəbə çağrılıb. Eyni zamanda məktəbə hüquq mühafizə orqanlarının nümayəndələri dəvət olunub".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


