"Bütün məsələlər iclasda bəlli olacaq" - AMEA-dan açıqlama

 "Bütün məsələlər iclasda bəlli olacaq" -   AMEA-dan açıqlama
  15 Fevral 2022    Oxunub:1311
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli nizamnaməyə əsasən yeni sədr seçkiləri keçirilənə qədər I vitse-prezidentin akademiyaya rəhbərlik edəcəyini qeyd edib.
AMEA-nın I vitse-prezidenti Arif Həşimov AzVision.az -a açıqlamasında bu barədə hələ heç bir qərar olmadığını vurğulayıb:

“Ramiz Mehdiyevin istefa ərizəsi təsdiqlənəndən sonra Rəyasət Heyətinin iclası keçiriləcək. Nizamnaməyə və Rəyasət Heyətinin qərarına əsasən yeni sekçilər keçirilinə qədər AMEA-ya rəhbərlik kiməsə həvalə olunacaq. Bütün məsələlər iclasda bəlli olacaq. Amma indidən yeni seçkilərin nə zaman keçirilməsi və digər məsələlər barədə danışmaq tezdir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: AMEA  



Xəbər lenti