Prokurorluq : "Arutunyanın tutularaq istintaqa cəlb olunması təmin ediləcək"

      Prokurorluq   : "Arutunyanın tutularaq istintaqa cəlb olunması təmin ediləcək"
  15 Fevral 2022    Oxunub:2055
“Ümid edirik ki, qısa müddətdə cinayət törətmiş hər bir şəxsin, o cümlədən Araik Arutunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq”.
AzVision.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib. Nemət Əvəzov bildirib ki, Vətən Müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub, özünü qondarma rejimin "prezident"i kimi təqdim edən Araik Arutunyan sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb.

Onun sözlərinə görə, buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib.

AzVision.az



Teqlər: Prokurorluq  



Xəbər lenti